Bakıda zəlzələ baş verib. Yeraltı təkanlar Bakının mərkəzi və ətraf ərazilərində, o cümlədən Sumqayıtda da hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə – Hacıqabul ərazisində qeydə alınıb. 30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.70 olub.