
Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev Bakı hava limanında saxlanılıb.
Bu barədə APA-ya onun vəkili Fuad Ağayev məlumat verib.
Fuad Ağayev deyib ki, A.Muradverdiyev xaricə uçmaq istəyərkən gömrükçülər tərəfindən saxlanılıb: «Akif Muradverdiyevin saxlanılması barədə xəbəri mənə onun qohumları verdilər. Onlar bildirdilər ki, saxlanılmanın səbəbi kimi gömrükçülər onun üzərində 12 min ABŞ dolları vəsaiti qanunsuz olaraq ölkədən xaricə çıxarmaq istəməyi göstəriblər».
Vəkil bildirib ki, A.Muradverdiyevin barəsində hər hansı bir istintaq tədbiri başlamayıb və məhkəmə qərarı yoxdur.