
ABŞ-ın Nyu-Orlean şəhərindəki yoxsul məhəllələrindən birində yaşayan ailənin 13 yaşlı oğlu təsadüfən adam öldürməkdə suçlanaraq həbs edilib
13 yaşlı oğlan televizorda restlinq şousuna baxandan sonra restlerlərin fəndlərini təkrarlamaq istəyib.
O, 5 yaşlı ögey bacısı ilə güləşməyə başlayıb.
Qızı dəfələrlə yerə çırpan qardaş bacısının nəfəs almadığını görəndə qaçaraq anasını çağırıb.
Təcili yardımla xəstəxanaya aparılmış 5 yaşlı qız artıq ölmüşdü.
Həkimlər onun bədənində bir çox yara və travmaların olduğunu, qabırğalarının sındırıldığını, qaraciyərinin yırtıldığını və daxili qanaxmanın olduğunu deyiblər.
milli.az