
İyunun 22-də təhsil naziri Mikayıl Cabbarov Şamaxıda Heydər Əliyev Mərkəzində 4 rayondan olan vətəndaşları qəbul edəcək.
Bu barədə iyunun 18-də Təhsil nazirliyinin internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, qəbula gəlmək istəyənlər nazirliyin 146 nömrəli "Qaynar xətt"inə və ya [email protected] ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.