
Türkiyə ilə Ermənistan arasında təyyarə reysi açılıb. Bu barədə ANS PRESS-ə Atatürk haval limanında olan millət vəkili Etibar Hüseynov məlumat verib. Onun hava limanından çəkərək göndərdiyi fotolardan KK 6500 saylı İstanbuldan İrəvana təyyarə reysinin olduğu aydın görünür. Məlum olur ki, təyyarəyə yerli vaxtla saat 23:45-də 206-cı qapıdan minik başlanacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl İrəvan hava limannıda Türkiyəyə təyyarə reysinin olması barədə fotonu təqdim edilmişdi. Türkiyə tərəfi məlumatı təkzib edərək belə bir reysin olmadığı haqqında xəbər yaymışdı. Amma hazırda təqdim etdiyimiz fotodan aydın olur ki, məlum təyyarə reysini Türkiyənin "Atlas" hava yolları şirkəti həyata keçirir.

