Medianews.az
Əli Əhmədov: “Abbas Abbasov ciddi nəticələr çıxarmalıdır”
212 baxış

Əli Əhmədov: “Abbas Abbasov ciddi nəticələr çıxarmalıdır”

“Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, biz buna böyük təəssüf edirik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov Abbas Abbasovun son günlər yaydığı bəyanata münasibət bildirərkən deyib.

 A. Abbasovun Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini xatırladan Ə. Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük etimad göstərib: “Ondan sonra Azərbaycan prezidenti İlham Əliyev də ona böyük etimad göstərib. Əgər bütün bu etimadlardan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxarmalıdır. Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq, milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir”.

 

Bizə qoşulun