Medianews.az
Nəhayət canlı su pərisi tapıldı – VİDEO
193 baxış

Nəhayət canlı su pərisi tapıldı – VİDEO

Bu günə kimi Braziliya, Rusiya Yaponiya və digər ölkələrdə suda yaşamış və su pərisinə banzəyən məxluqların sümükləri tapılsa da onların məhz su pərisi olması sübut olunmayıb. Hətta hələ də diri su pərisi axtarışında olan xüsusi qruplar, ekspedisiya təşkil edən elm adamları da var. Amma su pərisinin varlığını sübut edən nə elm adamı nə də ekspedisiya işçiləri oldu. Su pərisinin ilk real görünən görüntülərini iki sadə gənc qeydə ala bilib.

Bizimxeber.az xəbər verir ki, Israilin Kiryat Yam şəhərində iki gənc qayanın üzərində dayanmış qəribə bir məxluqla rastlaşıb. Gənclərdən biri onu lentə ala bilib. İlk baxışdan uzanmış insana bənzədilən məxluqun hansısa qəribə geyim geyinmiş bir şəxs olduğu zənn edilsə də, bir neçə saniyədən sonra onun su pərisi olduğu ortaya çıxıb. Belə ki, gənclərin onu gördüyü hiss edən və su pərisi olduğu iddia olunan bu məxluq inanılmaz surət və çevikliklə sürünərək suya atılıb. Hazırda araşdırmaçılar bu videonun real yoxsa uydurma olması üzərində çalışırlar.

Qeyd edək ki, İsraildə bu ilk dəfə deyil ki baş verir. Ötən il də rusiyalı turistlər çimərliklərin birində su pərisini gördüklərini iddia etsələr də sonradan bu öz təsdiqini tapmadı. Ehtimal olunurdu ki bu turistləri bölgəyə cəlb eləmək üçün bir vasitə idi. Çünki sözügedən əraziyə sonradan xeyli turist gələrək dənizə saatalarla tamaşa edirlərmiş ki bəlkə onlar da nə sə görə bilərlər.

 

 

 

http://www.youtube.com/watch?v=3gGyMkHPuVM

Bizə qoşulun