Medianews.az
Hürrəm Sultan danışdı
99 baxış

Hürrəm Sultan danışdı

"Onunla gəzmək, hava almaq mənim üçün ən böyük hədiyyədir"

“Möhtəşəm Yüzyıl” serialının Hürrəm Sultan obrazını canlandıran Meryem Uzerli çəkilişlərə qatılmayaraq Türkiyəni tərk etməsi haqqında ilk dəfə açıqlama verib. ANS PRESS-n Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, M. Uzerli "Facebook" sosial şəbəkəsində bunları yazıb: 

"Sevgili dostlarım, ilk əvvəl indi yazdığım üçün hamıdan üzr istəyirəm. Bu gün ilk dəfə olaraq özümü biraz yaxşı hiss edirəm. Can yanımda, mənə çox yaxşı baxır. Onunla gəzmək, hava almaq mənim üçün ən böyük hədiyyədir. Bir çox insan nə olduğunu bilmədən, məni ittiham etmədən, lakin məni hiss edərək, qəlbimi tanıyaraq bura yazdı və məni o qədər sevindirdilər ki... Bu bir dönəmdir. İnsanıq. Güclənərək çıxaram İnşallah. Almaniyada ən yaxşı psixiatrlardan müalicə alıram. Ümid edirəm ki, ən qısa vaxtda ayağa qalxaram. İstirahətə ehtiyacım var. Sizdən səbr və anlayış gözləyirəm. Yaxşı ki, varsınız. "

Bizə qoşulun