Medianews.az
Bu günün tarixi (31.05.2013)
135 baxış

Bu günün tarixi (31.05.2013)

 

Miladi: 31 may 2013

Hicri: 21 Rəcəb 1434

 

İlin 151-ci günü

İlin sonuna 214 gün qalır

Bu günün namaz vaxtları 

Fəcr - 04.46

Günəş - 06.13

Zöhr - 13.42

Əsr - 18.19

Məğrib – 21.18

İşa – 23.01

Eradan əvvəl 1279-cu ildə Qədim Misirdə II Ramzes taxta çıxıb 

1048-ci ildə şair, münəccim və riyaziyyatçı Ömər Xəyyam anadan olub

1223-cü ildə Kalka çayı adlı muharibədə Monqol ordusu Şərq Slav ordusu ilə savaşdı

1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbiməktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır. 

1898-ci ildə xanəndə Zülfü Adıgözəlov dünyaya gəlib

1906 - Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Gəncə, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi.

1912 - Azərbaycanın neft-qaz sənayesi sahəsində tanınmış alimi, professor Sabit Orucov (1912-1981) anadan olmuşdur. Sibirdə və Orta Asiyada yeni qaz yataqlarının kəşfi və istismarına

rəhbərlik edib, SSRİ-nin qaz sənayesi naziri (1972-1981) olub. 

1922-ci ildə Xalq artisti, müğənni Sara Qədimova anadan olub

1923-cü ildə Monako knyazı III Renye dünyaya gəlib

1955-ci ildə türk müğənnisi Nilufər dünyaya gəlib

1974-cü ildə türk müğənnisi Kənan Doğulu dünyaya gəlib

1988-ci ildən Ümumdünya tütünə yox günüdür

2001 - MDB dövlət başçılarının Minsk sammitində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Heydər Əliyev, Robert Koçaryan və Vladimir Putin arasında keçirilən görüşdə Qarabağ problemi müzakirə olunub.

Bizə qoşulun