
Beynəlxalq “We Believe In Balloons" (Hava balonlarına inanırıq) təşkilatı Əfqanıstanda maraqlı aksiya keçirib. ANS PRESS-in Türkiyə mətbuatına isitnadla verdiyi məlumata görə, əfqanlara ümid vermək üçün paytaxt Kabildə 10 min çəhrayı şar havaya buraxılıb.
Bu aksiyaya Talibanın yanaşması isə birmənalı olmayıb. Taliban rəsmi səhifəsində "şar şousumu, mini ətək şousumu?" ifadələri ilə aksiyaya sərt reaksiya veriblər. Bu əməlin "İslama zidd" olduğu bildirilir.
Kari Habib imzalı yazıda şar uçuran əfqan qızlarının başının örtüksüz olduğu, dar şalvar və hətta mini ətək geyindiyi, kişilərin isə qərb üsulunda geyimlər geyinməsinə etiraz edilib. "Məqsəd hicab mədəniyyətini dağıtmaqdır. Dini dəyərlərimizə qarşı savaş qadınlar üçün moda şouları, xizək, şarlar adı altında aparılır".


