
Şeyx Əbdül kimi tanıdığımız tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyovun canında cin olub. ANS PRESS-in məlumatına görə, əməkdar incəsənət xadimi publika.az-a müsahibəsində uşaqlığı ilə bağlı maraqlı açıqlamalar verib:
“Doğulanda adımı Ömər qoyublar, amma körpə ikən keçirdiyim ağır xəstəlikdən sonra adımı dəyişməli olublar. Belə ki, nənəmgil məni yəhudi mollasına aparıblar, o da baxıb deyib ki, bu uşağın canında cin var. Mollanın məsləhəti ilə adımı dəyişib Əbdül Əhəd qoyublar. Sonralar sadəcə Əbdül deyə çağırıblar”.
Şeyx Əbdül gənclik illərindən danışarkən sevgi məcaralarını xatırlayıb: "İkinci kursda oxuyanda ingilis dili müəlliməmin məndən xoşu gəlirdi. Onunla böyük bir roman yaşadım. Kinostudiyada işlədiyim vaxtlarda da sevgi macəralarım çox oldu. Məşhur bir aktrisa ilə sevgi münasibətlərim oldu. 17 yaşımdan ta 34 yaşıma qədər onunla sevişdik. Kinostudiyanın direktoru Ədil İsgəndərov məni otağına çağırıb hirsləndi ki, bu nədir, Kinostudiyaya kürəkənlik edirsən? O qadına görə çox gec - 34 yaşımda evləndim”.