Medianews.az
Suriyadan Türkiyəyə növbəti raket zərbəsi (VİDEO)
292 baxış

Suriyadan Türkiyəyə növbəti raket zərbəsi (VİDEO)

Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə həmsərhəd Ceylanpınar rayonuna raket atılıb. Yerli sakinlərdən birinin həyətinə düşən raketin partlamaması böyük bir faciənin qarşısını alıb. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, raket Mehmet Akif Ersoy prospektində yaşayan Əhməd Poyrazın evinə düşüb. Dərhal hadisə yerinə cəlb olunan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər. 


Qeyd edək ki, raketin Suriya tərəfdən atıldığı güman edilir. 

 

 

 

http://www.youtube.com/watch?v=YS50rZw4M4Q

Bizə qoşulun