
İngiltərədə polislər tərəfindən həbs edilən oğrunun verdiyi ifadə hər kəsi şoka salıb. Haber365.com saytının xəbərinə görə, 51 yaşlı kişi marketdən çıxarkən satışda olan əti çantasına qoyub. O, mağazadan çıxarkən market işçiləri onun əti oğurladığını başa düşüblər. Hadisə yerinə gələn polislər dələduz kişini həbs ediblər. Adı açıqlanmayan oğru məhkəmədə ifadə verərkən hakimi təəccübləndirib. O, hakimə əti oğurlamasının səbəbini belə açıqlayıb: “Bir neçə il əvvəl nənəmi itirdim. Nənəm ürək-damar sistemində problem olduğu üçün öldü. Mağazada əti gördüyüm zaman nənəmi xatırladım. Əti götürüb çantama qoyduğum ki, bir daha mağazaya getdiyim zaman onu görməyim”.
6 övladı olan kişinin verdiyi ifadə hakimi və polisləri heyrətləndirib. Hakim kişinin həbs edilməməsi haqqında qərar qəbul edib.