“Futbol həvəskarıyam, amma heç vaxt pul qoymuram. Gedib toyda tər töküb pul qazanıram, onu niyə qumara qoyum? Heç vaxt halal puluma haram qatmaram. Amma bunu edən müğənnilər var. Mənim üçün futbol sadəcə bir həvəsdir”.
Demokrat.az xəbər verir ki, buu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Zarafat bir yana” proqramında deyib. Müğənni futbola olan marağından danışıb.
V.Məhərrəmli bir müddət əvvəl tənqidə səbəb olan “Mazut iyi gələn adamla yanaşı oturmaram” fikrinə də aydınlıq gətirib:
“Demişəm ki, təmizlik imandan gəlir. İnsan təmiz olmalıdır. Maşınımın yağını dəyişəndə ustaların yanında oturur, çaylarını içirəm. Deyirəm ki, işini bitirəndən sonra təmiz olmalısan, evinə də təmiz getməlisən. Demədim ki, fəhləni, kanalizasiya təmizləyəni bəyənmirəm. İnsan hansı sahədə çalışırsa çalışsın, təmiz olmalıdır. O mazut iyi verənlə niyə yanaşı oturmalıyam? Demirəm ki, onu bəyənmirəm. “Mazut” burada obrazlı ifadədir. Müəllim də ola bilərsən, amma səndən mazut iyi gələ bilər”.
Müğənni bahalı brendlərdən alış-verişi haqda sualları cavablandırıb. O bildirib ki, bəyəndiyi geyimə çox pul pdəməyi sevir:
"Son vaxtlar "Etro" brendindən alış-veriş edirəm. Orada köynəklər 800-1300, idman dəstləri 2000-2500, kostyum 3 min manatdan yüksəkdir. Kostyumlar, idman dəstləri, köynəklər alıram. Bu yaxınlarda idman dəsti almışam".
01.05.2026, 06:11
97
baxış
Zara Editor