
Dəbdəbəli səhnə geyimləri və çılğın makiyajı ilə hər zaman həmkarlarından seçilən məşhur türk müğənnisi Bülent Ersoy bu dəfə saç düzümü ilə hər kəsi şoka salıb. Star TV-də yayımlanan “Popstar 2013” yarışmasına qeyri-adi saç düzümü ilə gələn ifaçı hər kəsin böyük təəccübünə səbəb olub.