
Meksikada ən dəhşətli xəyalətə gözlənilməz yerdə rastlaşırsan. Bu şəhərin mərkəzində yerləşən “Çəhrayı zona” adlanan zəngin rayondur. Bu rayon ona görə belə ad alıb ki, bir dəfə oradakı bütün binalar çəhrayı rəngə boyanıblar. Ən müasir barlar, bahalı restoranlar adətən maliyyə sektorunun işçiləri ilə dolu olur.
Bu rayonun ən məşhur binalarından biri Sentro Bankomer binasıdır. Binada 10 mindən çox adam çalışır, axşama qədər bina səs-küylü olur. Axşamlar isə burda qəribə sükut olur. Nadir hallarda bir az gec çıxmış işçilərin və ya cangüdənlərin kölgələrini görmək olar. Elə həmin vaxtlar da xəyalətlər çıxaraq insanları qorxudurlar.
Binada bankın rəhbər işçiləri üçün nəzərdə tutulmuş bahalı və hər şeylə təmin edilmiş bufet var. Bufet işçilərinin işinə yüksək qiymət verilir və onlara əla maaş verilir. Elə ona görə də iki işçi işdən çıxmaq haqqında ərizə yazanda rəhbərlik təəccüblənib. Məlum olub ki, onlar mətbəxə gələn xəyalətlər üzündən işdən çıxmaq istəyirlər.
Qadın aşpaz danışanda isə hər kəs dəhşətə gəlib. Belə ki, bir neçə dəfə aşpaz işini bitirib evə getmək istəyən vaxt tempratur qəfil aşağı düşüb və addım səsləri eşidilib. Bu səslər həm qəribə həm də tanış səslər olub. Kimsə balaca biri tez-tez qaçıb. Belə addım səsləri böyük adamlara aid ola bilməzdi. Qadın düşünüb ki bu qaçan balaca uşaqdır. Sonra qadın həmin balaca oğlanı görüb. Oğlan qadına fikir vermədən qaçaraq mətbəxin sonundakı divarda itib. Qadının psixikası o qədər pozulub ki, rəhbərliyin israrlarına baxmayaraq, işə qayıtmayıb.
Aşağı mərtəbələrdən birində işçilər görüblər ki, elektrik sistemində nəsə qəribə pozğunluq var. Lampalar dayanmadan yanıb-sönürlər. Stolların üstündəki əşyalar, kağızlar, qələmlər, hətta su dolu butulkalar öz-özünə hərəkət edir. Bir axşam isə rəbhərliyin üzvlərində biri balaca oğlanla toqquşub. İşçi tək qalıb ki, işləsin. Qəfildən o ofisin qapısı tərəfdən səs eşidib. Bir müddət çalışıb ki səsə fikir verməsin, lakin sonra maraq ona üstün gəlib və o səs gələn tərəfə gedib. Qapını açan kimi isə səs kəsilib. Ətrafa baxıb heç nə görməyən işçi yazı masasına qayıdıb. İşçi elə təzəcə yerində oturub ki, birdən ayaq səsləri və düşən əşya cingiltisi eşidib. Menecer qışqıraraq tələb edib ki, bu kimdisə biabırçılığı dayandırsın. Elə həmin an böyük lövhə yerə düşərək gənc işçini qorxudub. O yerə düşmüş lövhəni qaldırmaq isəyəndə balaca oğlan görüb.
Amma bu binada ən dəhşətli hadisə ilə gecə qarovulçusu rastlaşıb. Belə ki, gecə saat birdən sonra ona balaca oğlan zəng edib. Ona qəribə gəlib ki, gecənin bu vaxtı balaca oğlan harasa zəng edir. Qarovulçu nə etsə də, zənglər kəsilməyib. Sonra balaca oğlan ona deyib ki, o sadəcə oynamaq istəyir, lakin oynayacaq adam tapa bilmir.
Meksikada Mexiko şəhərinin mərkəzindəki bu ruh əfsanəsi illərdir ki, dillərdədir. Lakin artıq işçilər çoxdan ona alışıblar. Hətta artıq bu xəyalətdən qorxmurlar da.