Medianews.az
UŞAQLARIN MƏZƏLI KƏLAMLARI
149 baxış

UŞAQLARIN MƏZƏLI KƏLAMLARI

 

 
 
Orxan muzeydə çılpaq qadın heykəlini görüb anasından soruşur:
-Ana, bu xala soyunub?
-Hə.
-Bəs hamam hanı?

* * *

-Aytac, sən niyə bağçaya getməmisən?

-Xəstəyəm,
-Haran ağrıyır?
-Başım öskürür.

* * *

Üç yaşlı Aydan nahar edərkən pişik onun ətrafında fırlanır və həsədlə ona baxır.

Aydan ona deyir:
-Heç istəmə, onsuz da verməyəcəm . Sən dünən siçan yeyəndə mənə vermədin.!

* * *

-Ana, fil balaları haradan əmələ gəlir?

-Bilirsən,qızım, ...
-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.
-Ana, fil balaları haradan əmələ gəlir?

-Bilirsən,qızım, ...
-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.

* * * 

-Ana, məni çox sevirsən? 
-Əlbəttə, balam!
-Onda dondurma satan kişiyə ərə get!

* * *

Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır. Sinif rəhbəri ondan soruşur:
-Niyə ağlayırsan?
-Müəlliməmiz pilləkəndən yıxılıb.
-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.
-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O yıxılanda mən bufetdə olmuşam.

* * *

Oğlan meteoroloji stansiyada işləyən atasından soruşur:
-Ata, sənin hava haqqında dediklərin həmişə düz çıxır?
-Həmişə, ancaq tarixləri bəzən düz gəlmir.

* * *

-Neçə yaşın var?
-Tezliklə 8 olacaq, indi 3-dür.

* * *

-Baba pişik asqırdı.
-Bəs niyə "sağlam ol" demədin?
-Bəs mənə "sağ ol"u kim deyəcəkdi?

* * *

Uşaq soruşur: 
-Ata, yenə tort istəyirsən? 
-Yox, bala.
-İndi də sən məndən soruş
)))))))))))))))))))))))))))))))))))))))

Bizə qoşulun