
Dahi fars filosofu, şairi, riyaziyyatçısı və astronomu Ömər Xəyyam 1048-ci ilin bu günü dünyaya gəlib. Sizə onun bir neçə aforizmini təqdim edirik:
“Həyat yoldaşı olan kişini yoldan çıxarmaq olar, məşuqəsi olan kişini də yoldan çıxarmaq olar, ancaq sevdiyi qadını olan kişini yoldan çıxarmaq olmaz!”
“Ruh yüksəkliyini itirən insan zamanından öncə ölür”
“Bu etibarsız dünyada, çalış, səfeh olma. Ətrafındakılara bel bağlamağı ağlına gətirmə, ən yaxın dostuna yaxşı-yaxşı bax – Dost bildiyin, sənin ən qəddar düşmənin ola bilər”
“Bir insanın daxili aləmi nə qədər kasıbdırsa, burnu bir o qədər yüksəkdədir. O, burnu ilə daxilinin çata bilmədiyi yüksəkliyə can atır”
“Sevdiyin insanın çatışmazlığı belə xoşuna gəlir, sevmədiyinin isə yaxşı xüsusiyyətləri belə qıcıqlandırır”
“Pislik etmə - bumeranq kimi özünə qayıdacaq, quyuya tüpürmə - ordan su içəcəksən, səndən aşağı olanı alçaltma – nə vaxtsa ona möhtac ola bilərsən. Dostarını satma, onları əvəz etmək olmur, sevdiklərini itirmə - onları geri qaytara bilməyəcəksən, özünü aldatma – zaman keçdikcə anlayacaqsan ki, yalanla özün-özünü satmış olursan”
“Dost və düşmənlə yaxşı davran. Kimin insanlığı varsa, ondan pislik görməzsən. Dostun xətrinə dəyərsən, düşmən qazanarsan, düşməni qucaqlayarsan – dost qazanarsan
“İnsanlarla sadə davran, əgər müdrik olmaq istəyirsənsə, öz müdrikliyinlə başqalarını incitmə”
“Əgər qul olmağa adət etsən, qocalığında tərk edilmiş ev kimi boş olacaqsan. Özünə kənardan bax və fikirləş, sən kimsən, harada varsan və sonra nə olacaq?”
“Çayları, ölkələri, şəhərləri dəyiş. Özgə qapıları, illəri dəyiş. Ancaq özümüzdən heç yerə qaça bimirik, qaçsaq da, heç yerə çatmayacağıq”