
Meksikanın paytaxtı Mexikoda faciəvi hadisə baş verib. ANS PRESS-in məlumatına görə, ana özünü qucağında 6 aylıq övladı ilə qatarın altına atıb. Hadisənin şahidi olan sərnişinlər şoka düşüblər. Hadisə nəticəsində qadın ölüb, qızcığaz isə möcüzə nəticəsində sağ qalıb. Körpə xəstəxanaya yerləşdirilib.