
Fəridənin Kamranı “Malkoçoğlu” olacaq
Baş rolunu Aydan Şenerin oynadığı məşhur türk serialı “Çalıquşu” yenidən ekranlaşdırılacaq. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, məşhur serialların istehsalçısı olan “Tims Production” şirkəti yeni mövsümdə “Çalıquşu” adlı serialla serial həvəskarlarını ekran başına toplayacaq. Kanal D-də yayınlanması planlaşdırılan bu serialın baş qəhrəmanı – “Kamran” rolu üçün “Muhteşem Yuzyil” serialının məşhur “Malkoçoğlu”su Burak Özcivitlə razılığa gəlindiyi deyilir.
Digər baş rol – “Fəridə”ni isə hansı aktrisanın oynayacağı bəlli deyil. Belə ki, şirkət “Fəridə” üçün hələlik aktrisa axtarışındadır.