Medianews.az
"Muhteşem yüzyıl"a hədə: "Sizi alt-üst edəcəyik"
145 baxış

"Muhteşem yüzyıl"a hədə: "Sizi alt-üst edəcəyik"

Yunanıstanın ultraradikal, ifrat sağçı partiyası olan "Qızıl Sübh"un funksionerləri "Muhteşem Yüzyıl" serialının "yunan tarixini təhrif etməsi" ilə bağlı iddiaları dəstəkləyib.Milli.Az European-a istinadən bildirir ki, "Qızıl Sübh" Partiyasından olan millət vəkili Yorqos Hermenis "İ Ditika: Mehri" ("Qərbə doğru: yüksəyə") serialının çəkilişlərinin maliyyələşdirlməsi üçün ölkədəki iş adamları və iri prodüser studiyalarına müraciət edib."Türklərin cavabını verməli, onların tarixi insuniasiya və təhrif etmək cəhdlərinə son qoymalıyıq. Yunan xalqının osmanlı işğalına qarşı mübarizəsinin qərəzli, subyektiv təqdimatına bizim də layiqli cavabı olmalıdır. Bu, ümummilli işdir və özünü vətəpərvər sayan hər iş adamı imkanları çərçivəsində yardım etməlidir. "İ Ditika: Mehri" xalq serialı ola bilər", - Yorqos Hermenis deyib.

Türkiyənin ən populyar teleserialı, dünyanın 26 ölkəsində nümayiş edilən "Muhteşem yüzyıl" Yunanıstanda ilk seriyalarından bəri böyük qıcıqla qarşılanır.Mühafizəkar yunanların fikrincə, serialda "Osmanlı Türkiyəsi təriflənir, yunanlar isə aşağılanır".Bu iddialar absurd olsa da, millətçilərin dediklərinə inananlar az deyil. Yunanıstan Pravoslav Kilsəsi də "Muhteşem yüzyıl"ı qətiyyətlə pisləyir.Bundan yararlanan kinorejissor Yorqos Konstantinopulos "Muhteşem yüzyıl"a "cavab" hazırlamaq qərarına gəlib.O, "İ Ditika: Mehri" ("Qərbə doğru: yüksəyə") adlı teleserialın ssenarisinin artıq başa çatmaq üzrə olduğunu bildirib.Serial yunanların Osmanlı Türkiyəsinə qarşı mübarizəsindən bəhs edir."Türklərin tarixçiləri "Muhteşem yüzyıl" serialı vasitəsilə Osmanlı Türkiyəsinin tarixini təhrif olunmuş halda tamaşaçılara çatdırırlar. Mən isə onlara deyirəm: sizi alt-üst edəcəyik, əsl tarixi göstərəcəyik", - Konstantinopulos deyib.

Bizə qoşulun