Medianews.az
Məleykə Əsədova İlhamə Quliyevaya lətifə qoşdu
238 baxış

Məleykə Əsədova İlhamə Quliyevaya lətifə qoşdu

Xalq artisti Məleykə Əsədova İlhamə Quliyevaya lətifə qoşub.

Axşam.az-ın məlumatına görə, aktrisa “Facebook”dakı profilində İlhamə Quliyeva ilə məşhur aktyor Vandamın görüşünü təsvir edib:

Həmin statusu olduğu kimi təqdim edirik:

“İlhamə Quliyeva ilə dünya üzrə populyar aktyor Vandam Bakıda görüşür. İlhamə Quliyeva özünü Vandama təqdim edir : Azərbaycan və Dağıstanın xalq artisti, şöhrət ordenli, Dünya Sülh Səfiri, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva. Vandam qulaq asandan sonra gülə-gülə ingiliscə özünü İlhamə Quliyevaya təqdim edir: Deyir məndə Milyarder, dünya şöhrətli aktyor Vandam!:)))”.

 

Bizə qoşulun