Medianews.az
"İdman ustasıyam. Siyasətə də elə-belə gəlməmişəm"
206 baxış

"İdman ustasıyam. Siyasətə də elə-belə gəlməmişəm"

EL hərəkatının lideri Eldar Namazov millət vəkili Siyavuş Novruzovun onun barəsində dediklərinə ironik cavab verib. Belə ki, Eldar Namazov jurnalistlərə YAP-cı millət vəkilini ciddi suallarla yormamağı məsləhət görüb: 

“Ona ancaq bildiyi sahədən - idmandan sual verməlidilər. Siyavuş Novruzov siyasətə kənd məktəbində bədən tərbiyəsi müəllimliyindən gəlib. Mən istəməzdim ki, jurnalistlər onu qəliz siyasi suallarla sıxışdırsınlar. Bu, onun sahəsi deyil. Ona Rüstəm Ibrahimbəyovdan, hansısa siyasi hərəkatlardan suallar verirlər. O da bu sahədə savada malik olmadığına görə ağlına gələni danışır. Siyavuş Novruzovdan məzmunlu cavab istəyirsinizsə, bildiyi sahədən suallar verin. Turnikdə fırlanmaq, dombalaq aşmaq və s. Çətin suallarla bu adamı yormayın”.

Eldar Namazovun dedikləri isə qarşı tərəfdə sərt qarşılanıb. AzNews.az-a açıqlamasında Siyavuş Novruzov ilk olaraq bədən tərbiyyəsi müəllimi olmadığını bildirdi: 

“İlk ali təhsili Azərbaycan Dövlət Universitetində hüquq fakultəsində almışam. İndiki Bakı Dövlət Universitetinin adı əvvəllər Azərbaycan Dövlət Universiteti idi. Mən bədən tərbiyyəsi müəllimi olmamışam. İdmanla məşğul olmuşam, nailiyyətlərim də olub. İdman ustasıyam. Siyasətə də elə-belə gəlməmişəm. Yaxşı siyasətçi odur ki, daim hakimiyyətdədir və siyasətini aparır. Eldar Namazovun hansı dərədə təhsil aldığını və haradan siyasətə gəldiyini deyə bilmərəm. Ancaq onu bilirəm ki, o artıq siyasət pilləkəninin ucundadır. Müxtəlif adlarda təşkilatlar yaradır, özünü ora-bura vurur, lakin heç nə əldə edə bilmir və edə də bilməz. O, özünü belə aparmaqla bir azdan bomj gününə düşüb, Rusiyadakı qohumlarının yanına gedəcək. Onunla da məsələ qutaracaq”. 

 

Bizə qoşulun