Medianews.az
Misir Mərdanova yeni vəzifə təklif edilib
199 baxış

Misir Mərdanova yeni vəzifə təklif edilib


   
Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a müsahibət veri. Sabiq nazir vəzifəsindən getmə səbəbləri və gələcəkj fəaliyyətinə dair suallarımızı cavablandırıb.

- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?

- Naziri vəzifəyə təyin edən də, vəziifədən azad edən cənab prezidentdir.  Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.

- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedirsiz?

- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcksiniz.

- Yeni təhsil nazirini tanıyırsınızmı?

- Bəli tanıyıram. Cavan oğlandır. Bizim universiteti bitirib.

- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təshildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumuyyətlə, təhsildə islahatlar mümkündürmü?

- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.

Bizə qoşulun