Medianews.az
Sürücülər üçün yeniliklər
148 baxış

Sürücülər üçün yeniliklər

Bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış tələb edilməyəcək.

Milli Məclisin son iclasında “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliklər nəticəsində yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər. Qanuna edilən dəyişikliyə görə, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsinin dəyişdirmək tələbi də qoyulub.

Texniki baxış 4 ildən sonra keçiriləcək

Sürücüləri sevindirəcək digər bir dəyişiklik isə avtomobillərin texniki baxışdan keçirilməsi ilə əlaqədardır. Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçdikdən sonra hər il texniki baxış tələbi olacaq. Texniki baxış Azərbaycanın 11 regionunda həyata keçiriləcək.

Sağlamlıq haqqında məlumat kartdan götürüləcək

Tibbi arayış tələbi olmadan vətəndaşlara sürücülük vəsiqəsinin verilməsinə gəlincə, Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə qeyd edib ki, şəxsiyyət və ya sürücülük vəsiqəsinin verilməsi zamanı tələb olunan tibbi arayışların “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən alınması nəzərdə tutulur. Bununla da Səhiyyə Nazirliyinin elektron informasiya bazasında arayışla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin informasiya sistemində əks olunacaq.

 

 

 

Bizə qoşulun