
Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer dünyasını dəyişib.
Marqaret Tetçer bu gün səhər 87 yaşında ölüb. Bu barədə Tetçerin ailə üzvləri məlumat verib.
Qeyd edək ki, “Dəmir ledi” 1979-cu ildən 1990-cı ilə qədər baş nazir postunda çalışıb.