Medianews.az
Aprelin 7-də Afinada “Eurovision-2013” mahnı müsabiqəsi ilə bağlı gecə keçiriləcək
153 baxış

Aprelin 7-də Afinada “Eurovision-2013” mahnı müsabiqəsi ilə bağlı gecə keçiriləcək

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsi ərəfəsində ənənəvi olaraq Avropanın şəhərlərində gecələr təşkil edilir. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 7-də Afinada “Noiz” klubunda təşkil olunacaq gecədə Azərbaycan, Belarus və Yunanıstanın bu mahnı yarışmasındakı təmsilçiləri çıxış edəcəklər.

Aprelin 13-də Amsterdamda, ayın 23-də isə Londonda “Eurovision” gecələri təşkil olunacaq.

 

Bizə qoşulun