Medianews.az
Şəkidə qayınata gəlinini güllələyib
335 baxış

Şəkidə qayınata gəlinini güllələyib

Şəkidə qətl törədilib.

Bu barədə APA-ya Şəki Rayon Prokurorluğunun müstəntiqi Vüqar Orucov məlumat verib.

Hadisə rayonun Baş Göynük kəndində qeydə alınıb.

Kənd sakini, 1933-cü il təvəllüdlü İsmayılov Hüseynəli Abdulla oğlu ailə münaqişəsi zəminində gəlini, 1968-ci il təvəllüdlü İsmayılova Azadə Məmməd qızını 16 çaplı ov tüfəngi ilə vurub. Aldığı güllə yarası ilə xəstəxanaya çatdırılan A. İsmayılova orada dünyasını dəyişib.

Hadisəni törədən H. İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

Bizə qoşulun