Medianews.az
Şirvanda atışma; ölən və yaralanlar var
164 baxış

Şirvanda atışma; ölən və yaralanlar var

Bir nəfər hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib


Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, bu gün axşam saatlarında qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb.

Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, şəxsiyyəti hələlik müəyyən olunmayan 3 nəfər isə Şirvan şəhər mərkəzi xəstəxanaya yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb. Hadisənin təfərrüatı barədə məlumat veriləcək.

***

Şirvanda baş verən insidentdə güllə yarası alınmış digər şəxslərin adları məlum olub. Şirvan şəhər mərkəzi xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralılar insident zamanı dünyasını dəyişmiş Aşurov Zaur Əliyusif oğlunun qardaşı, 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğludur

 

 

 

Bizə qoşulun