
Avropanın iki böyük ölkəsində - Norveçdə “Halal” etiketli ərzaq məhsullarında, İngiltərədə “Halal” etiketli sosislərdə donuz əti aşkarlanıb.
Məlumata görə, Norveçdə müsəlmanlar üçün istehsal olunan “Halal” və ya “Sadəcə mal ətindən istifadə olunub” yazılmış ərzaq məhsullarında donuz əti tapılıb. Ərzaq Təhlükəsizliyi Təşkilatının mətbuat katibi Raqnhild Arnesen bildirib ki, at əti şübhəsi ilə aparılan test nəticəsində bu ərzaqlarda 30 faiz nisbətində donuz əti olduğu məlum olub. Arnesen, ərzaqlara “Halal” etiketi yapışdıran “Kuraas” şirkətinin həmin məhsulları marketlərdən və restoranlardan topladığını bildirib.
İnternet vasitəsilə müsəlmanlardan üzr istəyən “Kuraas” şirkəti “Halal” etiketli ərzaqlara donuz ətinin necə qarışdığını tapmaq üçün Ərzaq Təhlükəsizliyi Təşkilatı ilə əməkdaşlıq etdiklərini açıqlayıb.
İngiltərədə isə “Halal” etiketli toyuq ətindən hazırlanmış sosislərdə donuz əti aşkarlanıb. Məlumata görə, orta məktəblərdə yemək satışı ilə məşğul olan şirkətin tədarük etdiyi bu sosislərə 15 məktəbdəki yeməkxananın menyusunda yer verilib. Rəsmilər isə bu sosislərin sadəcə 1 məktəbdə satıldığını iddia ediblər. Başqa bir şirkətin “Mal əti” etiketli qidalarından isə quzu və donuz əti aşkarlanıb. Bu şirkətin məhsullarının isə 18 məktəbdə şagirdlərə satıldığı bildirilib.
Qeyd edək ki, məktəblər qalmaqala səbəb olan bu şirkətlərlə müqavilələrinə xitam verib.
16.03.2013, 00:12
287
baxış
Gurban Alakbar