Medianews.az
İsa Qəmbərin otağı dinlənilir
126 baxış

İsa Qəmbərin otağı dinlənilir

 

Müsavat Partiyasının başqanı İsa Qəmbərin otağı dinlənilir. Bu barədə Gunxeber.com-a müxalifətdəki mənbədən məlumat daxil olub.  Məlumatda bildirilir ki, Müsavat Partiyasının qərargahı vaxtilə Evtikmə Kombinatına məxsus olan binada yerləşir. 2003-cü ildə Müsavatın Azərbaycan prospekti 37 ünvanındakı qərargahı əlindən alındıqdan sonra Binəqədi rayonunda yerləşən dörd mərtəbəli bu binanın birinci və ikinci mərtəbələri partiya üçün ayrılıb.

Aldığımız məlumatda bildirilir ki, bina rəsmən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olsa da, hakimiyyətdəki xüsusi qrup bu binanın üçüncü mərtəbəsində bir neçə otaq götürüb. Həmin qrupa hüquq-mühafizə orqanlarının əməkdaşlarının da daxil olduğu bildirilir.  Üçüncü mərtəbədəki otaqlara xüsusi cihazlar quraşdırlıb və Müsavat Partiyası dinlənilir.

Bu barədə danışan müxalifət təmsilçisi xüsusi qurğunun əsasən Müsavat başqanı İsa Qəmbərin ikinci mərtəbədə yerləşən kabinetinin üstündəki otağa yerləşdirildiyini deyib. Onun sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurasının iclasları, Müsavat Divanının toplantıları, müxalifət liderləri arasındakı danışqılar, beynəlxalq təşkilatların nümayəndələri və səfirlərlə görüşlər əsasən İsa Qəmbərin otağında keçirilir. Buna görə də, İ.Qəmbərin otağının dinlənilməsinə xüsusi diqqət yetirilir.

Müxalifətin bütün addımları bu vasitə ilə nəzarətdə saxlanılır. Bu məlumatla bağlı rəsmi mövqe öyrənməyə çalışırıq.

Bizə qoşulun