
Bakıda qətl hadisəsi olub. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə “İmperator -İbo” restoranında qeydə alınıb. Həmin restoranda aşpaz işləyən 1991-ci il təvəllüdlü Adəm Akif oğlu Əsədov həmkarı Mövlan Mövlanovun baş nahiyəsinə oxlovla vuraraq qətlə yetirib. Hadisəni törədən A. Əsədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
01.03.2013, 06:57
717
baxış
Gurban Alakbar