Medianews.az
Droqba Türkiyədə ilk qolunu vurdu
193 baxış

Droqba Türkiyədə ilk qolunu vurdu

Türkiyə Super Liqasının 22-ci turunda “Qalatasaray” səfərdə “Akhisar Belediyespor” klubu ilə qarşılaşıb. Qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 63-cü dəqiqəsində İstanbul klubunun yeni ulduz trasferi Didye Droqba meydana çıxıb. O, meydana çıxandan cəmi 5 dəqiqə sonra qola imza atıb və “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bundan 2 dəqiqə sonra isə Didye Droqbanın ötürməsi ilə Burak Yılmaz komandasının hesabdakı üstünlüyünü iki qola çatdırıb. 85-ci dəqiqə Sertan meydan sahiblərinin təsəlli qolunu vurub - 2:1.

 

Bizə qoşulun