Dekabrın sonunda Bakının «Qələbə» meydanında inşa olunan yol qovşağı kompleksinə aid, Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində inşa olunan tunel istismara veriləcək.
«APA-Economics»in «Azəryolservis» ASC-nin yaydığı xəbərə istinadən verdiyi məlumata görə, 2012-ci il dekabr ayının sonunda, Bakı şəhəri «Gənclik» metro stansiyasının yaxınlığında yerləşən, «Qələbə» meydanında inşa olunan yol qovşağı kompleksinə aid, Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 575 metr, qapalı hissəsi 130,5 metr,
eni 15,5 metr, hündürlüyü isə 5,5 metr olan tunel istismara veriləcək. Hazırda tuneldə tikinti-quraşdırma işləri başa çatır, tunelin giriş yollarında beton və asfalt örtüyü döşənilir və drenaj xətləri çəkilir.
Altı nəfərlik iki piyada keçidinin giriş-çıxışı metronun «Gənclik» stansiyası istiqamətində olacaq.
Qeyd edək ki, «Qələbə» meydanında inşa olunan yol qovşağı kompleksinin tikintisinə 2010-cu ilin fevral ayında başlanılıb.
apa.az