Dünyada 149 milyondan çox istifadəçi hesabına məxsus giriş məlumatları internetə sızdırılıb.
Milli.Az-ın məlumata görə, açıq şəbəkədə Gmail-ə aid 48 milyon, Facebook-a məxsus 17 milyon və Binance platformasının 420 min hesab məlumatı aşkarlanıb.
Sızma zamanı bank kartı məlumatları, hökumət sistemlərinə giriş açarları və striminq xidmətlərinin hesabları da üzə çıxıb. Bildirilir ki, bu məlumat bazasının kimə məxsus olduğu hələlik müəyyən edilməyib.