Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını gecikdirmədən ölkəsinin üzv olması üçün konkret tarix müəyyən etməyə çağırıb.
Medianews.az xəbər verir ki, Ukrayna lideri bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.
"Mənə tarix lazımdır. Bunu istəyirəm”, – deyə Zelenski Qərbə müraciət edib.
Prezident vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına qəbulu 2027-ci ildə baş tutmalıdır. Onun sözlərinə görə, konkret tarix həm islahat prosesinə əlavə təkan verər, həm də ölkə üçün siyasi siqnal rolunu oynayar.
Medianews.az