Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dəki danışıqlardan sonra Ukrayna nümayəndə heyətinin hesabatını dinləyib.
Medianews.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.
“Rüstəm Umerov (Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi) və Florida danışıqlarının iştirakçıları Amerika tərəfinin dialoqdakı əsas prioritetləri barədə məlumat veriblər. İş Cenevrə sənədi əsasında aparılıb və bu sənəd yekunlaşdırılıb", - Ukrayna lideri bildirib.
Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (AFU) Andrey Qnatov Vaşinqton nümayəndələrini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırıb.
Medianews.az