“Yuxusuzluq hipertoniya riskini 30 faiz artırır”.
Medianews.az xəbər verir ki, bunu kardioloq Tamaz Qaqloşvili deyib.
O iddia edir ki, yuxu çatışmazlığı hipertoniya inkişaf riskini 7-30 faiz artırır. 2-ci tip diabet inkişaf riski də 30 faiz artır. Həkim vurğulayıb ki, bundan əlavə, insanda ürək döyüntüləri nizamsız ola bilər və itirilən hər saat yuxu üçün risk 15-17 faiz artır.
Həkim, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün həkim axşamlar cihazlardan istifadə etməməyi, yataq otağında rahat temperatur saxlamağı, nahardan sonra qəhvəni azaltmağı, yatmağa gedib eyni vaxtda oyanmağı və yuxu apnesi üçün testdən keçməyi tövsiyə edib.
Medianews.az