Medianews.az
Yuxsuzluq zamanı etdiyimiz
102 baxış

Yuxsuzluq zamanı etdiyimiz SƏHVLƏR

Yuxu mütəxəssisi Hanna Şor insanların yuxusuzluqdan əziyyət çəkdikləri zaman etdikləri ən böyük yanlışlıq barədə danışıb.

Medianews.az xəbər verir ki, mütəxəssis bildirib ki, yuxusuzluq varsa, bu prinsipə əməl etmək zərərlidir.

Bunun əvəzinə o, hər gün eyni saatda oyanmağa çalışmağı tövsiyə edib.

"Əgər siz nizamlı yuxu rejiminə riayət etsəniz, orqanizminiz yuxu və oyaqlıq üçün hormonların nə vaxt istehsal olunacağını anlamağa başlayacaq. Bu baş verdikdə, həm yuxuya getmək, həm də oyanmaq asanlaşacaq. Oyanıqlıq üçün orqanizm kortizol, yuxu üçün isə melatonin istehsal edir. Təbii ki, bu hormonlar eyni vaxtda istehsal oluna bilməz, buna görə də rutini saxlamaq çox vacibdir", - Şor izah edib.

O qeyd edib ki, bəzən yuxunu yaxşılaşdırmaq üçün hər gecə ardıcıl vaxtda yatmağa cəhd edə bilərsiniz. Bununla belə, bu üsul daha az effektivdir, çünki dərhal yuxuya getməmək və bununla da yuxu rejiminizi yenidən pozmaq riski daha yüksəkdir.

Medianews.az

Bizə qoşulun