Medianews.az
Yürüş Mehrəlibəyli
86 baxış

Yürüş Mehrəlibəyli həbs edildi

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb.

Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb.

Heç bir rəsmi dövlət qurumu hələlik milli fəalın həbsinin məsuliyyətini üzərinə götürməyib.

Onun harada saxlanıldığı və həbs səbəbi barədə də məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli İranda baş qaldıran etiraz aksiyalarını dəstəkləyib və azərbaycanlıların da öz milli şüarları və tələbləri ilə aksiyalar keçirmələrinin vacibliyini bildirib./Milli.az/

Bizə qoşulun