Medianews.az
Yeni ildə əfv olacaqmı?
22 baxış

Yeni ildə əfv olacaqmı?

Yeni ilin yaxınlaşması ilə əfv sərəncamının imzalanıb-imzalanmayacağı yenidən ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Maraqlıdır, Yeni il ərəfəsində əfv gözlənilirmi?

Globalinfo.az bildirir ki, məsələyə münasibət bildirən tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu KONKRET.az-a açıqlamasında ümidli olduqlarını deyib.

Onun sözlərinə görə, bu il də əfv gözləntiləri xeyli yüksəkdir:

“Gözləyirik! Həmişəki kimi çox ümidimiz var! Çünki Əfv Komissiyası bir il boyu işləyib. Bu gün qarışıq dünyada bizim hamımızın bir yerdə olmağı vacibdir!” – deyə hüquq müdafiəçisi bildirib.

Cəfəroğlu qeyd edib ki, komissiyanın fəaliyyəti və müraciətlərin qiymətləndirilməsi prosesinin intensivliyi əfv sərəncamının imzalanacağına dair gözləntiləri artırır.

Bizə qoşulun