Medianews.az
Yeni il tətilinin vaxtı dəqiqləşdi –
242 baxış

Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.

Medanews.az xəbər verir ki, Bizim.media.az məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - deyə ETN-dən bildirilib.

Bizə qoşulun