Dekabrın 10-da bir barrel Azərbaycan neftinin - “AzəriLayt”ın qiyməti 65,32 dollara düşüb.
Medianews.az bildirir ki, 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86, noyabra 65,87, dekabra 66,22 dollarla başlayıb.
Yanvar-oktyabr aylarında Azərbaycanda kondensatla birlikdə 23 milyon ton neft hasil olunub, ölkədən 10,8 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.