Medianews.az
Yaşlı kişi ayı hücumunun
70 baxış

Yaşlı kişi ayı hücumunun qurbanı oldu

Yaponiyada ayı 89 yaşlı ovçuya hücum edib.

Medianews.az xəbər verir ki, hücum 21 dekabr səhəri, Miyagi prefekturada baş verib.

Sakinlər kişini başından ağır xəsarət alaraq huşsuz vəziyyətdə tapıblar. O, xəstəxanaya aparılıb, lakin bütün səylərə baxmayaraq həyatını itirib.

Kişi ovçuluq birliyinin üzvü idi. Müstəntiqlər şübhələnirlər ki, ayı ona hücum edib və sonra qaban qəfəsinə düşüb. Məhkəmə ekspertləri hazırda kişinin ölümünün dəqiq səbəbini müəyyənləşdirirlər.

Əgər onun ayı tərəfindən öldürüldüyü müəyyən edilərsə, bu, dekabr ayında 10 il ərzində baş verən ilk belə hadisə olacaq.

Yaponiyada ayılar adətən noyabrın sonlarında qış yuxusuna gedirlər.

Medianews.az

Bizə qoşulun