Medianews.az
Yaponyalı futbolçularla bağlı sözlərinə görə
88 baxış

Yaponyalı futbolçularla bağlı sözlərinə görə üzr istədi

Niderland millisinin keçmiş futbolçusu Rafael van der Vaart Yapon milli komandası ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib.

Medianews.az xəbər verir ki, o, Yaponiya millisinin futbolçularının bir-birinə bənzədiyini deyib və bu səbəbdən tənqid olunub.

Van der Vaart hazırda ekspert kimi fəaliyyət göstərir və NOS televiziyasında DÇ-2026 çərçivəsində Niderland – Yaponiya (2:2) matçını şərh edərkən bu fikirləri səsləndirib.

Daha sonra keçmiş futbolçu açıqlama yayaraq sözlərinin yanlış başa düşüldüyünü bildirib və heç bir irqçi və ya diskriminasiya niyyətinin olmadığını vurğulayıb. O, sözlərinin insanları incitmiş ola biləcəyinə görə təəssüf edib.

Medianews.az

Bizə qoşulun