25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılır.
“K-Group” MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifadə edə biləcəklər.
Layihə çərçivəsində şəhər ərazisində “CityCard” və “MilliÖn” terminalları quraşdırılacaq, eyni zamanda sərnişinlər üçün “BakıKart”, “CityCard-Qarabağ” kartlarının istifadəsi təmin ediləcək.
İlkin mərhələdə sistem 3 marşrut xətti üzrə fəaliyyət göstərəcək. 1, 2 və 3 nömrəli xətlər üzrə ümumilikdə 10 avtobus sərnişinlərin istifadəsinə veriləcək.
İstifadəçilər “BakıKart” və “CityCard-Qarabağ” kartlarının balansını “Birbank”, “M10” və “BakıKart” mobil tətbiqi vasitəsilə asanlıqla artıra biləcəklər. Bununla yanaşı, QR kod vasitəsilə balans yüklənməsi də mümkün olacaq.
Tətbiq olunan bu yenilik sərnişinlər üçün ödəniş prosesini daha sürətli və rahat etməklə yanaşı, şəhərdə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və müasir rəqəmsal həllərin genişləndirilməsinə xidmət edir.
Layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “BakuBus” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“CityCard-Qarabağ” kartı ilə bağlı əlavə məlumat üçün *4343 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, hər bazar ertəsi ilk gediş haqqının 1 qəpik olaraq hesablandığı “1 qəpik Mondays” kampaniyası Xankəndiyə də şamil olunur.
