"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının "Olimpiakos"la keçirilən oyunundan sonra etdiyi dəyişikliklə bağlı futbolçusu Arda Gülerdən üzr istəyib.
3:4 hesabı ilə başa çatan qarşılaşmada sarı kart alan gənc oyunçunun əvəzlənməsi Alonso tərəfindən səhv qərar kimi qiymətləndirilib.
Məşqçi matçdan sonra Ardanın yanına gələrək, 60-cı dəqiqədə onu Cud Bellinqemlə əvəz etdiyinə görə təəssüfünü bildirib:
"Səni oyundan çıxarmamalıydım", - deyə o, futbolçuya üzrxahlığını çatdırıb./Milli.az/