Medianews.az
Ana və qızı festivalda dəhşət saçdı -
91 baxış

Ana və qızı festivalda dəhşət saçdı - ANBAAN VİDEO

İngiltərədə keçirilən məşhur at yarışı festivalında dəhşətli hadisə yaşanıb. Ana və qız olduğu iddia edilən iki qadın festival zamanı gənc bir qadına hücum edərək onu amansızcasına döyüb.

Medianews.az xəbər verir ki, hadisə İngiltərənin məşhur Cheltenham Hipodromunda keçirilən festival zamanı qadın tualetində baş verib.

İddialara görə, spirtli içkinin təsiri altında olan iki qadın növbədə gözləyən 20 yaşlı qıza hücum edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qadınlardan birinin gənc qızı yerə yıxaraq başına yumruqlar vurduğu, saçlarını yolduğu əks olunub. Hadisə zamanı digər qadınların “Dayanın artıq!” qışqırıqları da videoya düşüb.

Məlumata görə, təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə etsə də, şübhəliləri polisə təhvil vermədən ərazidən uzaqlaşdırıblar.

İngiltərə polisi hadisədən sonra araşdırmalara başlayıb. Hücum edən şəxslərin ana və qız olduğu ehtimal edilir. Polis onların tapılması üçün ictimaiyyətə müraciət edib.

Medianews.az

Bizə qoşulun