Türkiyəli məşhur müğənni Ajda Pekkan Bodrumun Çamlıköy bölgəsində yerləşən 1300 kvadratmetrlik villasını tam yeniləyib.
Medianews.az xəbər verir ki, dörd mərtəbəli və altı otaqlı evin təmiri dörd il davam edib və bu prosesə 30 milyon TL xərc çəkilib.
Tamamilə yenilənən villa artıq qonaq otağından birbaşa hovuza açılır, SPA zonası və geniş bağı ilə diqqət çəkir. Evin dizaynında qara-boz tonlarda xüsusi hazırlanmış mebellərdən istifadə olunub. Yerləşdirmə Feng Şui qaydalarına uyğun həyata keçirilib.
Ajda Pekkan ilin böyük hissəsini bu villada keçirəcək. Onun yaxın qonşularından biri isə məşhur müğənni Ebru Gündəşdir.
Medianews.az