İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi mümkün hərbi eskalasiya ilə bağlı xəbərdarlıq edib.
Medianews.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib.
Qəribabadi bildirib ki, təkrarlanan hər hansı bir təcavüz aktının nəticələri təkcə bir ölkə ilə məhdudlaşmayacaq və daha geniş coğrafiyanı əhatə edə bilər.
Diplomatın sözlərinə görə, regionda gərginliyin artması qaçılmaz olaraq qonşu dövlətlərin maraqlarına və qlobal sabitliyə təsir göstərəcək. Tehran hesab edir ki, hərbi ssenarilər vəziyyəti nəzarətdən çıxara və regional böhrana səbəb ola bilər.